Göbək ətrafında kəskin ağrı, qəbizlik, ishal - KOR BAĞIRSAQ APPENDİSİTİ - Video



 11:40 16.11.2023     485

Appendiksdəki hər hansı bir maneə bakteriyaların orqanda çoxalmasına səbəb olur.

Tıxanma səbəbindən təzyiq yüksəlir və qan damarları sıxılır. Sıxılmış damarlar qan axınına mane ola və qanqrenaya səbəb ola bilər. Qanqren səbəbiylə appendiks yarılırsa, yoğun bağırsaqdan çıxan nəcis qarın boşluğuna dolur. Əgər yoluxmuş appendiks sızarsa, asbes əmələ gətirir. Ümumi olaraq isə appendisitin əlamətlərini aşağıdakı kimi sıralamaq olar: Əllə basıldıqda qarnın sağ alt hissəsində həssaslıq, bıçaq kimi hiss edilən kəskin ağrı və insanın ikiqat əyilməsinə səbəb olan ağrı və bu ağrının zamanla şiddətinin artması Bulantı və qusma Quru ağız və dil, iştahsızlıq Göbək ətrafında kəskin ağrı Həzmsizlik, qəbizlik və ya ishal Yüksək hərarət Sürətli ürək döyüntüsü Nəcisdə qaz, gərginlik və ağrı hissi

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az