Türk futbolunda qalmaqal: Klub prezidenti məhkəməyə verildi



 16:00 16.11.2023     315

MHK sədri Əhməd İbanoğlu "Fənərbaxça"nın prezidenti Ali Koçun onun haqqında ciddi təhqirlər işlətdiyi səbəbiylə hərəkətə keçib.

Demedia.az xəbər verir ki, İbanoğlu Koçu məhkəməyə verib.

Mövzu ilə bağlı yazılı açıqlama verən vəkil Yusuf Qarip bunları söyləyib: “Müvəkkilimiz Ahmet İbanoğlu 15.07.2023-cü ildən Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurasının sədri vəzifəsini icra edir. O, bu vəzifəyə gəlməzdən əvvəl bu sahədə 46 ildən artıq xidmət edib. Dövlət qulluğunda olub. Həmçinin 42 ilini fasiləsiz olaraq futbol hakimləri cəmiyyətində keçirib. Vəzifədə olduğu müddətdə heç vaxt heç bir şəxsə, qrupa və ya digər şəxslərə yaxınlıq nümayiş etdirməyib. Həmçinin Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurasının sədridir. Vəzifəyə gəldiyi gündən vəzifəsini son dərəcə qərəzsiz, ədalətli, şəffaf şəkildə yerinə yetirib. Ona qarşı son günlər işlədilən ifadələrə görə bu addımı atıb".

Bahadur Seyidov