Türkiyədə şok görüntü: Öncə döydülər, sonra isə...



 22:36 16.11.2023     738

Türkiyənin İstanbul şəhəri, Bahçelievler rayonunda mübahisə etdiyi şəxsi atasına şikayət etdiyini deyərək küçənin ortasında vurub.

Demedia.az xəbər verir ki, hücum edən şəxs dostuna həmin anları mobil telefon kamerası ilə çəkdirib.

Hadisə gecə saatlarında Bahçelievlerdə baş verib. İddialara görə, küçədə qarşılaşan 3 nəfərdən ikisi arasında borc məsələsinə görə mübahisə başlayıb. Bu arada ondan atasına şikayət etdiyini deyərək mübahisə etdiyi şəxsi döyməyə başlayıb. Hücum edən şəxs dostuna həmin anları mobil telefonuna çəkdirib.

Hücum edən şəxs “Atamın yanına gedib “oğlun məndən pul alıb” dedin, şahidlər var” deyərək təhqir etdiyi şəxsi təpiklə vurub. Görüntülərdə hücuma məruz qalan şəxsin qan durulaşdıran dərmanlardan istifadə etdiyini dediyi, lakin təcavüzkarın “Hansı qan durulaşdırıcıdan istifadə edirsən?” deyərək onu vurmağa davam etdiyi görülüb.

Aysun / Demedia.az