Borrelldən Qəzza ilə bağlı açıqlama
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrailə səfəri zamanı xarici işlər naziri Eli Cohenlə birgə mətbuat konfransı keçirib.
Demedia.az xəbər verir ki, o aralarında uşaqların da olduğu minlərlə günahsız mülki şəxsin Qəzzada həyatını itirdiyini bildirib. Avropa Birliyinin HƏMAS-ın hücumunu pislədiyini, məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırdığını, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində İsrailin özünümüdafiə haqqını dəstəklədiyini xatırladan Borrell, “Lakin HƏMAS Fələstinliləri təmsil etmir” deyə bildirib.
Bahadur Seyidov