“Hizbullah” İsrailin hərbi məntəqəsinə hücum təşkil edib



 23:02 16.11.2023     297

Livandakı “Hizbullah” hərəkatının İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, “Hizbullah” İsrail ordusunun sərhəddəki hərbi məntəqələrinə hücumlarla bağlı yazılı açıqlama verib. Açıqlamada İsrailin sərhəddəki Misqav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə hücum təşkil edildiyi qeyd edilib. Bəyanatda, hücumda bütün məntəqələri tam dəqiqliklə vurulduğu bildirilsə də, İsrailin itkiləri ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Bahadur Seyidov