İsrail ordusu “Hizbullah” hərəkatının hədəflərini döyüş təyyarələri ilə bombaladı



 23:05 16.11.2023     294

İsrail ordusu Livandakı “Hizbullah” hərəkatının hədəflərinin döyüş təyyarələri ilə bombalandığını açıqlayıb.

Demedia.az xəbər verir ki, ordunun açıqlamasında  döyüş təyyarələrinin vurduğu yerlər arasında “Hizbullah”a aid bir sıra hərbi məntəqələrin olduğu bildirilib.

Qeyd edək ki, Livan-İsrail sərhədində İsrail ordusu ilə “Hizbullah” arasında vaxtaşırı qarşılıqlı hücumlar edilir. Bu hücumlarda indiyədək 74 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.

Bahadur Seyidov