Boğazdan bəlğəm necə təmizlənir? | Öskürəyi kəsən təbii üsul - Video



 09:21 17.11.2023     668

Boğazda qıcıqlanma, təngnəfəslik, burun tutulması və arabir meydana gələn səbəbsiz baş ağrıları.

Mövsüm dəyişən zaman çoxlarımız bu problemlərlə qarşılaşır. Boğazda və ya tənəffüs yollarındakı soyuqdəymə, yaxud hansısa virus uzun müddət öskürək və bəlğəm kimi problemlər yaradır. Bəs bu problemləri həkimə getmədən, ev şəraitində təbii vsaitələrlə necə müalicə edə bilərik? Bu gün sizə həmin vasitələr barədə məlumat verəcəyik. Diqqətiniz məndə olsun. Burundan və ya boğazdan orqanizmə daxil olan mikroorqanizmlər soyuqdəymə səbəbilə inkişaf edir və çoxalırlar. Orqanizm bu “dəvətsiz qonaqların” çoxalmasının qarşını almaq üçün bəlğəm istehsal etməyə başlayır. İnfeksiya burundadırsa sinusit, qırtlaqdadırsa larengit, boğazdadırsa farengit, bronxlardadırsa bronxit adlanır. Amma bütün hallarda nəfəs darlığı, boğazda qıcıqlanma, keçməyən öskürək, bəzən şişkinliklər də müşahidə olunur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az