Türkiyə yeni döyüş təyyarələri alır
Türkiyə hökuməti İngiltərə və İspaniyadan 40 ədəd "Eurofighter Typhoon" döyüş təyyarəsi alacaq.
Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib.
Nazir "Eurofighter Typhoon”un tədarükü üzərində çalışdıqlarını qeyd edib: "Bu təyyarələr İngiltərə, Almaniya və İspaniya ilə bağlıdır. Həm İngiltərə, həm İspaniya "hə" deyir, indi Almaniyanı razı salmağa çalışırlar. İngiltərə və İspaniya problemi həll edəcəyik".
Nazir bildirib ki, şəxsən F-35 təyyarələrinin alınmasının tərəfdarı deyil.
"Hazırda hətta Amerikada da F-35-lərin çoxu yerə endirilib. İsrail F-35-lərini uçura bilmir. Avropanın bir çox ölkələrində başa düşülməyən və həll edə bilməyən problemlər var. Doğrudan F-35 almalıyıq?Yoxsa KAAN təyyarəsi üçün bir az səbirli ola bilərik? Biz öz yerli milli təyyarəmizdən istifadə etmək əvəzinə F-35-dən istifadə etməliyikmi? Şəxsi fikrimdir. Mən qətiliklə onu almağın tərəfdarı deyiləm”.
Bahadur Seyidov