Bayden “diktator” dedi, Çindən reaksiya verdi



 12:28 17.11.2023     311

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden dünən San-Fransiskoda Çin prezidenti Si Cinpinlə görüşündə diqqətəkən hadisə  baş verib.

Demedia.az xəbər verir ki, görüş zamanı Baydenin “diktator” ifadəsi mübahisələrə səbəb olub.

Belə ki,  görüşdən sonra baş  tutan mətbuat konfransında  "Bu gündən sonra, bu ilin əvvəlində dediyiniz kimi, Xi-ni hələ də diktator kimi görürsünüzmü?" sualına Bayden belə  cavab verib:

“Bəli, odur. Baxın, o mənada diktatordur ki, o, kommunist ölkəsini bizimkindən tamamilə fərqli idarəçilik əsasında idarə edən adamdır”. 

Baydenin "diktator" ifadəsini bilərəkdən və ya bilməyərəkdən istifadə etməsi məsələsi fərqli şərhlərə səbəb olsa da, Çindən açıqlama gəlib.  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən gündəlik mətbuat konfransında bu məsələyə toxunub:

“Burada qeyd etmək lazımdır ki, Çin-ABŞ münasibətlərini pozmağa çalışan pis niyyətli insanlar hər zaman olacaq, lakin buna nail ola bilməyəcəklər”.

Bahadur Seyidov