Ronaldonun 22 milyonluq yeni villası



 13:21 17.11.2023     315

Karyerasını Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasında davam etdirən Kriştianu Ronaldonun Portuqaliyada tikəcəyi nəhəng malikanə ölkəsində söz-söhbətə səbəb olub.

Demedia.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayb Qeyd edilib ki, 38 yaşlı ulduz futbolçunun Kaskayda tikəcəyi malikanənin tikintisi gözləniləndən xeyli uzun çəkib.

Ronaldonun yeni qonşuları 2024-cü ilin yayında tamamlanması gözlənilən nəhəng struktura reaksiya veriblər.  İspaniya mətbuatından Ok Diario-ya danışan Kaskay sakini narazılıq edib:

“Üç ildir tikinti gedir. Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçəm bağlıdır, bağım tozla doludur. Hamısı Firon Ronaldonun “piramidası”na görə”.

Bahadur Seyidov