Ağcaqanadlarla bağlı xəbərdarlıq: Qış yuxusuna getməyiblər...



 22:05 17.11.2023     955

Noyabrın əvvəlində qış yuxusuna getməli və sonrakı günlərdə soyuqdan ölməli olan ağcaqanadlar havanın temperaturu mövsüm normalarından yüksək qaldığından qış yuxusuna belə yatmayıblar.

Demedia.az xəbər verir ki, professor Hüseyn Çətin bu vəziyyətin gələcək yaz-yay dövrü üçün problem olacağına diqqət çəkib.

O bildirib ki, hələ də qan udmağa və yumurta qoymağa davam edirlər: Bu, gələn ilin problemli olacağının göstəricisidir. Sadəcə dərmanlama kifayət etməyə bilər. Evinizin içindəki və ətrafındakı gölməçələri yoxlayın və onları təmizləyin. İqlim dəyişikliyi heyvanların həyat tərzini də dəyişməyə başlayıb. Xüsusilə yaz və yay aylarında sıx olan ağcaqanad populyasiyası qış aylarında da təsirini davam etdirmişdir. Mütəxəssislər buna səbəb kimi havanın temperaturunun mövsümi normadan yüksək olmasını göstərsələr də, noyabrın əvvəlində qış yuxusuna getməli olan ağcaqanadların yatmadığı görülüb. 

Normal şəraitdə ağcaqanadların qışda yatması və ya soyuqdan təsirlənərək ölməsi nəzərdə tutulurdu. Təəssüf ki, bu ağcaqanadlar ölmürlər, çünki bu, soyuq deyil. Hələ də qan udmaqda və yumurta qoymaqda davam edirlər. Bu, gələn ilin əziyyətli olacağının göstəricisidir".

Aysun / Demedia.az