Hər kəs bu görüntülərdən danışır: Türkü bir anda...



 23:09 17.11.2023     894

Artvin Çoruh Universitetinin müəllimi Fikri Özkan həftə sonlarını keçirdiyi dağ evinə gedərkən daha əvvəl əli ilə bəslədiyi tülküyü görəndə maşını saxlayıb və tülkünü evə dəvət edib.

Demedia.az xəbər verir ki, ötən illərdə dağ evinə gələn tülkü və balalarını bəsləyən Fikri Özkan uzun müddətdən sonra Atabarı Xizək Mərkəzindəki dağ evinin yanındakı tülkünü yenidən yol kənarında görüb.

Gündüz ana yolda tülkü görən Özkan maşından düşərək "Qardelen" adını verdiyi tülkünü evə dəvət edib. Özkan həmin anları mobil telefonu ilə lentə alarkən, tülkünün yaraşıqlı görünüşü və sakit davranışı diqqət çəkib.

Fikri Özkanın 1 ilə yaxındır ki, vaxtaşırı “Raziye” adını verdiyi tülkü və balası olduğunu düşündüyü Kardeleni dağ evində bəslədiyi xəbərlər mövzusu olub.

Aysun / Demedia.az