Qəzzada məktəb bombalandı



 21:43 17.11.2023     314

İsrail ordusu blokada altındakı Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində qaçqınların sığındığı məktəbi hədəfə alıb.

Demedia.az xəbər verir ki, İsrail bölgənin şimal və cənubunda bir çox nöqtəni qurudan və havadan bombalayıb. Qəzzanın şimalındakı hücumlar Cibaliya Qaçqınlar Düşərgəsi, Beyt Lahiya və Qəzza şəhərinə yönəlib. Fələstin dövlət televiziyasının məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda Əl-Fəlah məktəbini bombalayıb.

Hücumda çoxlu sayda ölən və yaralananın olduğu, Qəzza şəhərinin Sabra rayonunda bir evə təşkil edilən hücumda çox sayda insanın da öldüyü bildirilib.

Bahadur Seyidov