İsrailin Qəzzanın cənubunda “təhlükəsiz zona” yaradılması təklifi əsassızdır - AÇIQLAMA



 21:42 17.11.2023     299

İsrailin Qəzzanın cənubunda “təhlükəsiz zona” yaradılması təklifi əsassızdır.

Demedia.az xəbər verir ki, bu barədə ​ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk açıqlama verib. Volker Türk İsrailin Qəzzaya hücumları ilə bağlı danışıb. O bildirib ki, ərazi nə təhlükəsizdir, nə də insanların sayına uyğundur.

"İsrailin Qəzzanın cənubunda "təhlükəsiz bölgə" təklifi qəbuledilməzdir. Bölgə nə təhlükəsizdir, nə də insan sayına uyğundur. İsrail işğalı sona çatmalıdır. Fələstinlilərin öz dövlətinə sahib olmaq hüququ təmin edilməlidir” - Volker Türk deyib.

Bahadur Seyidov