Finlandiya Rusiya ilə sərhədi bağlaya bilər



 21:48 17.11.2023     302

Finlandiya Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı qəbul edilən qərarın sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazırdır.

Demedia.az xəbər  verir ki, Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Riikka Purra belə deyib.

Finlandiyada yayımlanan “Yle TV1” kanalına açıqlama verən Purra, "Bağlanma qərarı sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı ata bilərik. Bu addım da bütün şərq sərhədini bağlamaq və sığınacaq tələblərini şərq sərhədindən uzağa cəmləməkdir” deyə bildirib.

Bahadur Seyidov