Fələstin Avropa İttifaqına Qəzza ilə bağlı çağırş etdi



 22:57 17.11.2023     303

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Avropa İttifaqından Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsrailə təzyiq göstərməsini istəyib.

Demedia.az xəbər verir ki,  Maliki Ramallahdakı nazirlik binasında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Görüşdə Maliki humanitar yardımların dərhal Qəzza zolağına daxil olmasına icazə verilməli olduğunu, evlərindən didərgin düşmüş bütün insanların lazımi sığınacaqla təmin olunmasının vacibliyini, bütün fələstinlilərin lazımi sığınacaqla təmin olunmasının vacibliyini vurğulayıb.

Bahadur Seyidov