“Instagram” “story” bölməsinə  dəyişiklik edir



 16:42 20.11.2023     394

“Instagram” yeni  bir funskiya ilə gündəmə gəlib.

Demedia.az xəbər verir ki, artıq istifadəçilər "Mənim Həftəm" funksiyası sayəsində bir həftə ərzində paylaşa biləcəkləri hekayələri yerləşdirə biləcəklər. Bu funksiya həmçinin istədiyiniz vaxt istədiyiniz hekayəni silmək və ya səssizcə "Mənim Həftəm" bölməsinə hekayə əlavə etmək imkanını  təklif edir.

Yeni funskiya xüsusiyyəti beta versiyaya daxil edilib. Instagram eyni anda bir çox funksiyanı sınaqdan keçirir və bu səbəbdən funksiyaların nə vaxt gələcəyini proqnozlaşdırmaq mümkün deyil.

Bahadur Seyidov