Türkiyədə ailə faciəsi - Ərini yatan yerdə öldürdü
Türkiyənin Sakarya bölgəsinin Taraklı rayonunda qadın həyat yoldaşını ərini öldürdükdən sonra atasını boğmaq istəyib.
Demedia.az xəbər verir ki, 40 yaşlı Əminə Bostan 48 yaşlı həyat yoldaşını şəxsi münasibətlər zəminində gecə yatan yerdə bıçaqlayaraq öldürüb. Bundan sonra isə atasını səccadə ilə boğaraq öldürməyə çalışıb. Qışqırağa gələn qonşuların köməyi ilə kişi qurtarılıb.
Məlum olub ki, qadın psixoloji müalicə alırmış. Əminə Bostan müalicə aldığı xəstəxanadan götürülərək həbs edilib.
Bahadur Seyidov