Turist ailənin çamadanında tapılanlar hamını şoka saldı



 23:48 20.11.2023     1355

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda 5 ulduzlu oteldən çıxmaq istəyən rus turist ailəsinin çamadanından otelə məxsus çoxlu sayda əşya aşkarlanıb.

Demedia.az xəbər verir ki, Alanyada 5 ulduzlu otelin işçiləri tətildən sonra oteldən çıxan rus turist ailəsinin davranışından şübhələnib.

Məmurlar turistlərdən çamadanları açmağı xahiş edib və içəridə otelə aid çoxlu əşyaların olduğunu görüblər. Çamadanlara baxış zamanı; Şampun, sabun, parça başmaq, səhər yeməyi üçün kiçik mürəbbə, bal qutuları, qoz-fındıq və su qabları və müxtəlif otel məhsulları aşkar edilib. Türk lokumu ilə dolu iki çanta işçiləri şoka salıb. Bəzi işçilər “bura bazardan keçib” deyərək reaksiyalarını bildiriblər.

Otel rəhbərliyi turistlərdən şikayət etməyib və məhsullarını geri alıb. Turistlərin çamadanlarından tapılan materiallar mobil telefon kamerası ilə lentə alınıb.

Aysun / Demedia.az