Quterreşdən Qəzza barədə açıqlama



 22:30 20.11.2023     291

BMT-nin Baş katibi Quterreş bəyan edib ki, Qəzzada mülki itkilər o, vəzifəyə gəldiyi vaxtdan bəri istənilən münaqişədə əvvəlkindən daha çoxdur.

Demedia.az xəbər verir ki, Quterreş BMT-nin Nyu Yorkdakı binasında jurnalistlərin suallarını cavablandırıb. Qəzzada münaqişənin sona çatmasından sonra yaranacaq vəziyyətə hazırlıq olub-olmaması ilə bağlı suala Quterreş bunun baş verməsi üçün ilk növbədə mövcud vəziyyətin dəyişməli olduğunu vurğulayıb.

Quterreş humanitar atəşkəs, yardıma fasiləsiz çıxış və bütün girovların azad edilməsi barədə  çağırışlarını bir daha bəyan edib.

Bahadur Seyidov