“Hizbullah” hərbi əməliyyatlarda 1523 israillinin yaralandığını bildirib



 22:34 20.11.2023     280

Livan “Hizbullah”ı  Livanın cənub sərhədində keçirilən hərbi əməliyyatlarda 1523 israillinin yaralandığını bildirib.

Demedia.az xəbər verir ki, bu barədə “Hizbullah” məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada, Livanın cənub sərhədində keçirilən hərbi əməliyyatlarda 1523 israillinin yaralandığı bildirilib. Açıqlamada bu rəqəmin necə müəyyən edildiyi barədə məlumat verilməyib, yaralananlar arasında mülki vətəndaş və əsgərlərin sayı göstərilməyib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra sərhəd bölgəsində İsrail ordusu ilə “Hizbullah” arasında baş verən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Bahadur Seyidov