Sərhədin bağlanması Finlandiyanın maraqlarına ziddir - Rusiya



 22:42 20.11.2023     282

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiyanın Rusiya ilə sərhəd qapılarını bağlamaq qərarı onun milli maraqlarına ziddir.

Demedia.az xəbər verir ki, Rusiya xəbər agentliyi Tass-a açıqlama verən Qruşko Finlandiyanın Rusiya ilə bütün sərhəd qapılarını bağlama ehtimalını dəyərləndirib.

Rusiyanın bütün ölkələrə açıq olduğunu bildirən Qruşko, "Cavab vermək üçün tədbirlər gördüyümüz zaman onları hər zaman konkret olaraq milli maraqlarımızla əlaqələndiririk. Bu halda belə bir qərar açıq şəkildə Finlandiyanın milli maraqlarına zidd olacaq" deyə bildirib.

Bahadur Seyidov