Papua-Yeni Qvineyada Ulavun vulkanında partlayış baş verib



 22:48 20.11.2023     291

Sakit okean ada ölkəsi Papua-Yeni Qvineyada Ulavun vulkanında partlayış baş verdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin açıqlamasına görə, Papua Yeni Qvineyada Ulavun vulkanında baş verən partlayışdan sonra vulkanik tüstü 15 min metr yüksəkliyə çatıb. Açıqlamada, partlayışın sunami dalğalarının Yaponiya sahillərinə çatmasına səbəb ola biləcəyi ehtimalının nəzərə alındığı qeyd edilib.Açıqlamada dəniz səviyyəsində heç bir anormal artım aşkar edilmədiyi, sahil zolağı boyunca yaşayanların xəbərdarlıqlara həssas yanaşmaları istənilib.

Açıqlamada, mümkün sunami dalğalarının əvvəlcə paytaxt Tokionun cənub bölgəsi yaxınlığındakı İzu arxipelaqına çata biləcəyi bildirilib.

Bahadur Seyidov