Hər gün 1 mixək çeynəyin - 10 xəstəlikdən xilas olacaqsız! - Video



 10:04 21.11.2023     1408

Mixək təbiət möcüzəsidir desək yanılmarıq. O, insan orqanizminə olduqca faydalıdır. İndiyədək mixək haqqında çox sayda elmi araşdırma aparılıb. Ağrıkəsici xüsusiyyəti ilə, yəqin ki, çox adam tanışdır.

Mixəyin tərkibində evgenol adlı bir maddə var. O, xüsusi aromasını və özünəxas dadı məhz evgenoldan alır. Mixəkdə insan orqanizminin ehtiyac duyduğu bir çox bitki mənşəli maddələr də mövcuddur. Ümumiyyətlə, təbii otlar və ədviyyatlar istifadə edildikdə orqanizmə vitaminlər, minerallar kompleks şəkildə daxil olur. Mixəyin malik olduğu faydalı xüsusiyyətlər, əslində, onun yaşam mübarizəsi üçün yaratdığı mexanizmlərdir. Bəli, bitkilər də daim təhdid altındadırlar. Mixəyin düşməni mikroblardır. Bu səbəblə onun güclü antimikrobial xüsusiyyətə malik olması sizə təəccüblü gəlməsin.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mixək və onun faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az