Müxalifyönlü deputatlar parlamentdə tüstü bombası ilə tələ qurdular



 11:26 21.11.2023     1276

Albaniya parlamentində müxalifəti təmsil edən deputatlar ölkənin 2024-cü il büdcəsinin müzakirə olunduğu sessiyada müzakirələrə mane olublar.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət deputatları kürsülərin qarşısına stul qoyub, tüstü bombaları atıblar.

Tüstü bombasının atılması nəticəsində ümumi yığıncaq zalında yanğın baş verib.

İnsident səbəbindən parlamentin iclası müvəqqəti dayandırılıb.

Bahadur Seyidov