Argentikanın “dəli” ləqəbli yeni prezidenti keçmiş futbolçu olub
Xəbər verdiyimiz kimi, Agentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi, Libertarlar Partiyasına rəhbərlik edən Xavyer Miley 56 faiz səs toplamaqla qalib gəlib.
Demedia.az xəbər verir ki, “Ole” qəzetinin məlumatına görə, Miley vaxtilə “Chacarita Juniors” komandasının qapıçısı olub.
Keçmiş “Chacarita” komando yoldaşı Qabriel Bonomi InfoBae-yə açıqlamasında bildirib ki, gənclik illərində heç bir şeyə fikir vermədən hərəkət etdiyi üçün ona dəli deyərmişlər:
“Heç bir şeyə əhəmiyyət vermədi, güclü adamlardan biri idi. Biz ona "Dəli" deyirdik”.
Qeyd edək ki, yeni prezident dekabrın 10-da vəzifəsinə başlayacaq.
Bahadur Seyidov