Şakira 7,3 milyon avro cərimə ödəyəcək
Məşhur müğənni Şakira vergi fırıldaqçılığı işində günahını etiraf edib və 7,3 milyon avro cərimə alıb.
Demedia.az xəbər veirir ki, Şakira Barselonadakı məhkəmə prosesinin ilk günündə İspaniya rəsmiləri ilə razılığa gələrək həbsxanaya düşmə riskini aradan qaldırıb.
Kolumbiyalı sənətçi tələb olunan məbləği ödəməyə hazır olduğunu bildirib.
“Qremmi” və “Latın Qremmi” mükafatlarına layiq görülmüş sənətçi bu məsələyə görə, İspaniya vergi orqanlarına ümumilikdə 17,2 milyon avro ödəyib.
Bahadur Seyidov