Hərbçinin siyasətlə məşğul olması səhvdir - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski ordunun siyasətlə məşğul olmasını “böyük səhv” hesab edir.
Demedia.az xəbər verir ki, bu barədə o, “The Sun” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə və burada onun hüququ varsa, qoy bunu etsin. Amma sonra müharibədə döyüşə edə bilməz, çünki daha çox siyasi karyeralarını düşünəcəklər:
“Seçkilər üçün, sonra həm sözdə, həm də cəbhədə özünüzü hərbçi kimi deyil, siyasətçi kimi aparacaqsınız, məncə, böyük səhv edəcəksiniz”.
Bahadur Seyidov