Cirə otu çayı möcüzə imiş - Yuxusuzluq, təzyiq, öskürək... - Video



 18:31 21.11.2023     588

Cirəgülü uzun zamandır ki, alternativ tibbdə istifadə edilir. Kökdən, toxumdan və yarpaqlardan ibarət olan bitki, adətən, dərman sənayesində geniş istifadə edilir.

Bir çox xəstəliklərin profilaktikasında və müalicəsində adi cirəgülü ekstraktına üz tutulur. Dadlı və ətirli ləzzətə sahib olan adi cirəgülü süd məmulatlarının hazırlanmasında, jelatin istehsalında, şirniyyatlarda geniş istifadə edilir. Qoxusu isə sabunların, ətirlərin, kremlərin qeyri-adiliyini və özəlliyini artırır. Qədim zamanlardan bəri, istifadə edilən adi cirəgülünün Ana vətəni Misirdir. Müxtəlif mədəniyyətlərdə xörəklərə qatılır. Xüsusilə, yuxusuzluq zamanı müsbət təsirə malikdir. Faydaları bunlardır: Həzm prosesini yaxşılaşdırır. Qusma, ürəkbulanma, ishal, qarın ağrısı, qaz problemi, spazm yaradan qaz, qastrit kimi mədə-bağırsaq traktının problemlərinin həllində önəmli rol oynayır; İştahaçıcıdır; Səhər-axşam tətbiq edildikdə katarakta zamanı xəstənin köməyinə çatır; Yatmamışdan qabaq adi cirəgülü çayı içmək yuxu problemlərini həll edir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək cirə haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az