Qadınlar münasibətlərində uşaqları belə istifadə edirlər - Şok açıqlama



 19:00 21.11.2023     887

Bir zamanlar jurnal dünyasının ən çox danışılan adlarından biri olan Hande Ataizi 2018-ci ilin martında 8 sentyabr 2012-ci ildə evləndiyi amerikalı televiziya siması Benjamin Harvidən boşanıb.

Demedia.az xəbər verir ki, evləndikdən sonra İnstaqram hesabında Harvi ilə fotosunu paylaşan aktrisa belə deyib:

"Bu gün həyatımın yeni mərhələsinə atdığım addımı paylaşmaq istədim. Həyat yoldaşım Benjamin Harvey ilə qarşılıqlı razılıq əsasında evliliyimizi bitirdik. Amma oğlumuzu görməyə davam edəcək. Leonun valideynləri kimi, yeməklərdə, parklarda, məktəbdə bir araya gələcəyik. Dostluq və aramızdakı yoldaşlıq boşanma ilə bitməyəcək qədər güclüdür. Hər şeyin başlanğıcı var, amma sonu da var. Sevgi, hörmət və dostluq həyatımızdan silinmədikcə”.

Ataizi daha sonra verdiyi açıqlamada deyib: "Benjamindən ayrılanda çox düşündüm. Birlikdə dost olmaqda, gülməkdə, əylənməkdə problem yaşadıq. Onunla ünsiyyət qura bilmədik. Bəlkə də fərqli bir şey istədim. Mən işləyən qadınam, pulumu qazanıram, amma 'Eybi yoxdur, sevgilim, arxandayam, sənə heç nə lazım deyil' kimi bir cümlə eşidə bilmədim. Bununla belə Benjamin mənə heç kimin vermədiyi ən gözəl hədiyyəni verdi".

Aysun / Demedia.az