"OpenAI"da nə baş verir?



 22:05 21.11.2023     792

Düz bir il əvvəl ChatGPT-ni işə salaraq texnologiya müharibəsinə başlayan OpenAI-dəki qeyri-adi inkişaflardan sonra süni intellekt dünyası heç vaxt əvvəlki kimi olmayacaq.

Demedia.az xəbər verir ki, OpenAI idarə heyəti keçən cümə günü Sem Altmanı baş direktor vəzifəsindən kənarlaşdırmaqla işçiləri və investorları heyrətə gətirdi. İdarə Heyətinin qısa müddət ərzində Altmanın qayıtmasını rədd etməsindən sonra başgicəlləndirici hadisələr baş verdi.

Bunun üzərinə şirkətin ən böyük investoru olan Microsoft, Altman və onun həmtəsisçisi Greg Brockmanı yeni tədqiqat laboratoriyasının idarə edilməsi üçün işə götürəcəyini açıqladı. OpenAI startapına 13 milyard dollar sərmayə qoyan texnologiya nəhəngi əlavə edib ki, qapıları digər işçilərin üzünə açıqdır.

Süni intellekt startapının 700-dən çox əməkdaşı məktubla direktorlar şurasına müraciət edib. Sürpriz imza atanlardan biri də Altmanın işdən çıxarılmasına səs verən şirkətin baş elmi işçisi və dörd nəfərlik idarə heyətinin üzvlərindən biri İlya Sutskever idi.

Sam Altmanın Microsoft-a keçidi hələ yekunlaşmayıb; Bildirilir ki, Altman və həmtəsisçi Qreq Brokman idarə heyəti üzvlərinin geri çəkiləcəyi təqdirdə OpenAI-a qayıtmağa hazırdır.

Hər kəs, o cümlədən digər texnologiya həvəskarları, jurnalistlər və investorlar həftə sonundan bəri baş verənləri heyrətlə izləyib. Sosial mediada fikirlər, sui-qəsd nəzəriyyələri, zarafatlar və memlar uçdu. Texnologiya dünyasındakı bu xaos hələ həllini tapmayan bir mübahisənin də vurğuladı; Bir tərəfdən 'ehtiyat istəyənlər' var, digər tərəfdən də 'tam qaz gedək' deyənlər var.

Ancaq hamı bununla razılaşdı: Son bir neçə gündə OpenAI-da baş verənlər Netflix serialı kimi idi.

Aysun / Demedia.az