"Fənərbaxça"dan sevindirici xəbər: Geri dönür
"Fənərbaxça" klubunun "Ludoqorets"lə matçda zədələnərək fərdi məşqlərə başlayan qanalı müdafiəçinin son durumu məlum olub.
Demedia.az xəbər verir ki, Djiku sarı-göylülər komandası üçün fərdi məşqlərə başlayıb.
Qanalı müdafiəçinin "Karagümrük" matçı üçün heyətdə yerini alma ehtimalının olduğu öyrənilib.
Həftə boyu keçiriləcək təlim-məşq toplanışları zamanı qanalının vəziyyəti yaxından izlənəcək. Baş məşqçi İsmail Kartal Djiku ilə bağlı son qərarını şənbə günü verəcək. Ciku "Fənərbaxça"nın heyətində ümumilikdə 16 matçda forma geyinib. Qanalı müdafiəçi 1 qol vurub.
Aysun / Demedia.az