Magistral yolda gözlənilməz qəza: Görüntüləri yayıldı



 23:48 21.11.2023     851

Türkiyənin Bursa şəhərində iş səbəbindən şamandıralarla ayrılan magistral yolda sərnişin avtobusu qəflətən zolaq dəyişdirən qazıntı maşınına çırpılıb.

Demedia.az xəbər verir ki, 3 sərnişinin yüngül xəsarət aldığı qəza avtomobilin kamerasına düşüb.

Qəza noyabrın 18-də saat 14.30 radələrində Gebze-Orhangazi-İzmir avtomobil yolunun Selçukqazi Tuneli yerində, Gebze istiqamətində baş verib. Yol tikintisi ilə əlaqədar pontonlarla ayrılan yolun sağ zolağından hərəkətdə olarkən qəfildən sol zolağa çıxan qazıntı maşını Kamil Koç şirkətinə məxsus şəhərlərarası sərnişin avtobusuna çırpılıb. Zərbədən avtobusun ön şüşəsi partlayarkən, həmin anlar avtomobilin kamerasına əks olunub. Yağış səbəbindən sürüşkən olan yolda avtobus sürücüsünün sükan idarəetməsini saxlamaq cəhdi də görüntülərdə əks olunub.

Avtobusda olan 3 sərnişinin yüngül xəsarət aldığı qəza ilə bağlı araşdırma başlanıb.

Aysun / Demedia.az