Cənubi Afrika Parlamenti İsraillə diplomatik əlaqələrin dayandırılması təklifini qəbul edib



 22:52 21.11.2023     259

Cənubi Afrika Parlamenti səs çoxluğu ilə İsraillə diplomatik əlaqələrin dayandırılması və bu ölkənin Pretoriya səfirliyinin bağlanması təklifini qəbul edib.

Demedia.az xəbər verir ki, Cənubi Afrika Assambleyasında keçirilən səsvermədə 248 cənubi afrikalı deputat təklifin lehinə, 91-i isə əleyhinə səs verib. Cənubi Afrikada müxalif İqtisadi Azadlıq Mübarizəçiləri tərəfindən parlamentə gətirilən təklif hakim Afrika Milli Konqresi tərəfindən də dəstəklənib.

Qeyd edək ki, səsvermədən əvvəl İsrail rəhbərliyi Cənubi Afrika rəsmilərinin Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamalara qarşı Pratoriya səfiri Eliav Belotserkovskini məsləhətləşmələr üçün geri çağırdığını açıqlamışdı.

Bahadur Seyidov