Si Cinpin Qəzza ilə bağlı çağırış etdi



 23:20 21.11.2023     273

BRİKS liderləri və 15-ci BRİKS sammitində təşkilata dəvət olunmuş ölkələrin liderləri Qəzzadakı vəziyyətin onlayn müzakirə olunduğu “Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə birgə iclas” keçiriblər.

Demedia.az xəbər verir ki, iclasda çıxış edən Çin sədri Si Cinpin İsrailin hücumları altında olan Qəzza zolağında xalqın zorla köçürülməsi və əsas ehtiyaclarından məhrum edilərək kollektiv cəzalandırılmasına son qoyulmasının vacibliyini vurğulayıb. Çin sədri tərəflərin daha çox insan tələfatına səbəb olacaq hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.

Humanitar yardım dəhlizlərinin təhlükəsiz və açıq olması zərurətinə diqqət çəkən Si Cinpin, Qəzza xalqına daha çox humanitar yardım göstərilməsinə çağırıb.

​Bahadur Seyidov