Hizbullah İsrailin hərbi fabrikinə hücumlar təşkil edib



 23:43 21.11.2023     266

Hizbullahın İsrailin hərbi fabrikinə və iki hərbi məntəqəyə hücumlar təşkil etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Hizbullah İsrail qüvvələrinə qarşı hücumları ilə bağlı açıqlama verib. Bildirilib ki, İsrailin Livanın Nəbatiya vilayətinin Kefur bölgəsindəki alüminium fabrikinə cavab olaraq Hizbullah İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti Rafaelin fabrikini raketlərlə hədəfə alıb.

Hizbullah başqa bir açıqlamada İsrailin Beytül-Helil hərbi məntəqəsinin Katyuşa raketi ilə vurulduğunu, Avivim qəsəbəsində bir evdə olan əsgərlərin isə idarə olunan raketlə vurulduğunu açıqlayıb.

​Bahadur Seyidov