Qəzzada heç bir yer təhlükəsiz deyil - BMT rəsmisi



 23:18 21.11.2023     269

Qəzzada heç bir yer təhlükəsiz deyil və İsrailin Qəzzanın bəzi hissələrinin təhlükəsiz elan etməsinin humanitar baxımdan etibarlı olduğunu hesab etmirik.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Laerke belə açıqlama verib. O bildirib ki, İsrail ordusu işğal altındakı Qəzza zolağının şimalındakı fələstinli mülki vətəndaşları cənuba köç etməyə məcbur edir.

"İnsanlardan döyüş bölgəsinin bir hissəsindən digərinə keçmələrini istəmək problemlidir. Xüsusilə onların hərəkət tərzi və gəldikləri yer təhlükəsiz olmadığı üçün. Bu, beynəlxalq humanitar hüquqla bağlı narahatlıqları artırır. Hücum etməzdən əvvəl, əvvəllər edilən xəbərdarlıq etibarlı olmalıdır. Fələstinlilər təhlükəsiz yerə ehtiyac duyurlar”- Yens Laerke deyib.

​Bahadur Seyidov