Bu bitkinin toxumu qadınlarda döşləri böyüdür - çayını için, masaj edin - Video



 09:32 22.11.2023     714

Kimyavi dərmanlar və xəstəliklərin çox olması ilə bağlı son illərdə təbii qidalanmaya üstünlük verənləri sayı artıb. Yəqin ki siz də ətrafınızda bunu müşahidə edirsiniz. İnsanlar sanki ayılıblar. Artıq türkəçarələrə üstünlük verirlər.

Güldəfnə toxumu bir enerji mənbəyidir, kimyəvi tərkibinə diqqət yetirəndə o qədər zəngin bir tərkibi vardır ki, bu zənginlik bitkini müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyimizə imkan verir. Zəifləmiş bədən boydan balaca orqanizm, dəmir çatışmazlığı, kalsium çatışmazlığı, əzələ ağrıları, əzələ qıcolmaları, yorğunluq, iştahsızlıq, cinsi zəiflik, adət (aybaşı) pozğunluqları, sonsuzluq, öskürək, xroniki bronxit, bağırsaq təmbəlliyi, qasdtrit, kolit, klimaks pozğunluqları, klimaks dövründəki bədən istiləşməsi, klimaks dövründəki kalsium itkisinin qarşısını almaq üçün güldəfnə əsl kalsium mənbəyidir. Güldəfnə bitkisinin boyu 35-40 sm olur. Sarı çiçəklərə, kiçik yarpaqlara sahib bitki çoxillikdir. Mətbəxdə, kosmetologiyada istifadəsilə yanaşı, tibbi baxımından da önəmlidir. Adətən, toxumları qurudulur, üyüdülür, toz formasında istifadə edilir. Yarpaqları isə bişirilərək yeyilir. Onun faydaları isə bunlardır. - Mədə iltihablanması, mədə xorası kimi problemlərin aradan qaldırılmasına kömək edir; -Tərkibindəki lif sayəsində qəbizliyin qarşısını alır; -Xolesterol səviyyələrini nizamlayır; -Yüksək miqdarda antioksidantlara malik olan bitki immun sistemini dəstəkləyir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək güldəfnə toxumu haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az