İsraillə HƏMAS arasında atəşkəs elan edildi



 10:04 22.11.2023     289

Qəzzada 13 mindən çox fələstinlini ölüb.

Demedia.az xəbər verir ki, İsrail hökuməti Qəzzada Həmas hərəkatı ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.

Həmas İsraillə əldə olunan razılaşma çərçivəsində 4 günlük müvəqqəti atəşkəs elan ediləcəyini və bu müddət ərzində 50 israilli məhbusun azadlığa buraxılması qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinlinin azad ediləcəyini açıqlayıb. İsrail Baş Nazirliyinin Mətbuat ofisi tərəfindən, hökumətin Baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplaşdığı Nazirlər Kabinetinin təsdiq etdiyi qərar açıqlandı. Hökumətin Qəzzada bütün İsrailli əsirlərin bu gecə geri qaytarılması hədəfinin birinci mərhələsini təsdiqlədiyi ifadə edilən bəyanatda, "Buna uyğun olaraq qadın və uşaqların da olduğu ən az 50 girovun azad edilməsi nəzərdə tutulur. 4 gün və bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq”.

Bahadur Seyidov