Braziliya-Argentina matçı döyüş meydanına çevrildi!



 10:25 22.11.2023     185

Argentinanın Braziliya ilə oyunu polisin argentinalılara hücumu səbəbindən gec başlayıb.

Demedia.az xəbər verir ki, gördüklərindən şoka düşən və çox əsəbiləşən Messi dərhal komandanı meydandan çıxarıb.Braziliya himni oxunarkən Braziliya polisi dəyənəklə argentinalı azarkeşlərə hücum edib. Bunun üzərinə Argentina millisinin qapıçısı Emiliano Martinez tribunaya tullanarkən polisə hücum edib. Xaosdan sonra Argentinanın kapitanı Messi komandanı meydandan kənarlaşdırıb.Təxminən 20 dəqiqə sonra hadisələr sakitləşərkən çoxlu azarkeş xəsarət alıb. Oyunda Argentina Otamendinin qolu ilə 1:0 hesablı qələbə qazanıb. Beləliklə, Sambacılar ardıcıl 3-cü məğlubiyyətini aldı.

Bahadur Seyidov