Dünya futbol tarixinə düşəcək HƏRƏKƏT



 13:15 22.11.2023     205

Cənubi Amerika Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Braziliya və Argentina yığmaları üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, Argentina yığmasının kapitanı Messi matçdan əvvəl yaşanan hadisələrə görə komandanı meydandan çıxararkən, əsl hərəkəti qapıçı Emiliano Martinez edib.

Martinez argentinalı azarkeşlərə dəyənəklə zərbə endirən polisə hücum edib və polis dəyənəyini tutmağa çalışıb. Braziliya himni oxunarkən polisin tribunada argentinalı azarkeşlərə hücumundan sonra xaos yaranıb. Argentina millisinin qapıçısı Emiliano Martinez azarkeşlərin dəyənəklə döyüldüyünü görəndə əsəbləri pozulub və polis dəyənəyini götürmək istəyib. Martinez dostları tərəfindən çətinliklə sakitləşdirilib.Hadisələrdən sonra Messi komandanı meydandan çıxarıb və matç 30 dəqiqəyə yaxın gecikmə ilə başlayıb. Otamendinin qolu ilə görüşdə tanqoçular 1-0 qalib gəlib.

Bahadur Seyidov