Avropa Parlamenti Krımı Rusiya ərazisi kimi göstərdi, sonra sildi
Avropa Parlamenti xəritədə Krımı Rusiya ərazisi kimi göstərdikdən bir müddət sonra sonra paylaşımı silib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, Avropa Parlamenti “X” sosial şəbəkəsində səhər saatlarında Krımın Rusiyanın bir hissəsi olduğu xəritəni dərc edib, lakin daha sonra nəşri silib və “səhvə görə” üzr istəyib.
"Səhər infoqrafikasında səhvi qeyd edən hər kəsə təşəkkür edirəm. Səhv üçün üzr istəyirik və onu düzəltmək üzərində işləyirik. Yenilənmiş versiya tezliklə dərc olunacaq".
Bir müddət sonra Avropa Parlamenti Krımın Ukraynanın bir hissəsi olduğu xəritənin yeni versiyasını yayımlayıb.
Bahadur Seyidov