Dünyada bir ilk - Pişik sahibinin həbs edilməsinə mane oldu



 15:19 22.11.2023     276

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə pişik sahibi olduğu üçün verilən cəza təxirə salınıb.

Demedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sibirin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda  başqa bir şəxsə hücum edib. Bundan sonra isə o,  ictimai yerlərdə zorakılıq törədib, həmçinin sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

Saxlanılan şəxs məhkəmə qarşısına çıxarılıb. Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhim üçün 5 ilə qədər həbs cəzası nəzərdə tutur.

 Lakin məhkəmə müttəhimin səhhətinin əlverişsiz olması və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Bahadur Seyidov