Kriptovalyuta “kralı” taxtından düşür
“Binance”nin CEO-su Çangpeng Zhao vəzifəsindən istefa verəcək.
Demedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin məlumatın görə, o, istefa zamanı şirkətə 4,3 milyard dollar cərimə ödəyəcək. Buna səbəb isə Zhaonun çirkli pulların yuyulması ilə bağlı istintaq gedişində ittihamları qəbul etməsidir.
Xəbərdən sonra “Bitcoin”də ciddi itki müşahidə edilməyib.
Bahadur Seyidov