Putindən Qəzza barədə açıqlama



 17:35 22.11.2023     284

Rusiya Prezidenti Vladimir Putin Qəzzada qalan vətəndaşlarına kömək edəcəklərini bəyan edib.

Demedia.az xəbər verir ki, Putin paytaxt Moskvada hökumət üzvləri ilə onlayn görüşündə cari məsələlərlə bağlı açıqlama verib. Qəzza zolağındakı vəziyyətə toxunan Putin bildirib ki, Qəzzada vəziyyət artıq kritik həddi keçib. Azad olunmaq üçün 900-dən çox müraciət aldıqlarını bildirən Putin, “Onlardan 639-u Rusiya vətəndaşı, 271-i isə bu vətəndaşların qohumlarıdır” deyə bildirib.

Putin vətəndaşların təxliyyəsinə önəm verdiklərini vurğulayıb.

Bahadur Seyidov