ABŞ Qəzzadakı atəşkəsi alqışlayır



 16:42 22.11.2023     276

Avropa İttifaqı İsrail və HƏMAS arasında Qəzzadakı humanitar fasilə üçün əldə olunan məhbus mübadiləsi razılaşmasını alqışlayıb.

Demedia.az xəbər verir ki, AB Komissiyasının sədri Ursula von der Leyen mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, girovluqda olan 50 nəfərin azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan razılaşma alqışlanmalıdır. Von der Leyenin sözlərinə görə, AB Komissiyası Qəzzəyə humanitar yardım çatdırmaq üçün bu fasilədən istifadə etmək üçün əlindən gələni edəcək.

O Komissar Janez Lenarçiçdən Qəzzada baş verən humanitar böhranın aradan qaldırılması üçün Qəzzaya göndərişlərin mümkün qədər tez artırılmasını xahiş etdiyini qeyd edib.

Bahadur Seyidov