İsrail ordusu Qəzza şəhərinin bəzi məntəqələrindən geri çəkilib



 17:19 22.11.2023     286

Qəzza zolağında humanitar atəşkəsin əldə olunduğu bir vaxtda İsrail ordusu Qəzza şəhərinin bəzi məntəqələrindən geri çəkilib.

Demedia.az xəbər verir ki, bu barədə yerli mənbələr açıqlama verib. Bildirilib ki, İsrail ordusu Qəzza şəhərinin Sabra bölgəsinin qərbindən və Zeytun rayonunun qərb hissəsindən 3 kilometrdən çox geri çəkilərək Şifa xəstəxanasına çatıb. Həmçinin bildirilib ki, İsrail ordusu Qəzza şəhərinin cənub-qərbindəki Tel əl-Heva və Er-Rimal məhəllələrindən geri çəkilərək sahil zolağındakı Rəşid küçəsinə çəkilib.

Məlumata görə, İsrail qüvvələri Qəzza zolağının şimal-şərqindəki Cibaliya şəhərinin işğalını davam etdirir.

Bahadur Seyidov