1 il yarıma 50 kiloqram arıqladı - İNANILMAZ HADİSƏ



 20:28 22.11.2023     905

Türkiyədə Sabahat Avcı il yarıma 50 kilo arıqlamağı bacarıb.

Demedia.az xəbər verir ki, o, sevincini belə izah edib:

"Güzgüyə baxanda bu vəziyyətə inana bilmirəm, nağıllardakı kimidir. Sanki sehirli bir çubuq həyatıma toxundu və dəyişdi”.

Dietoloq İpek Öztaşın məsləhəti ilə sağlam həyata qədəm qoyan Sabahat Avcı, demək olar ki, bütün çəkisini yağdan ataraq sağlamlığını yaxşılaşdırmağa başlayıb. Çəkisi səbəbindən yeriməkdə və hərəkət etməkdə çətinlik çəkdiyini, özünə qapandığını, hətta bədəninə uyğun paltar tapmaqda çətinlik çəkdiyini bildirən Avcı, yaşadığı çətinliklərdən sonra arıqlamağa qərar verdiyini bildirib.

Bir uşaq anası olan Səbahət Avcı kilolu olduğu zaman yaşadığı çətinlikləri izah edərək, hər gün yorğun oyandığını və “Gün ərzində heç nə etmək istəmirdim” deyib. 

Aysun / Demedia.az