Şimali Koreya casus peykini orbitə göndərib



 18:00 22.11.2023     292

Şimali Koreya bu il üçüncü cəhdində öz casus peykini Yerin orbitinə göndərməyə müvəffəq olub.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın rəsmi mənbələrinin məlumatına görə, sözügedən peyk uğurla Yer orbitinə göndərilib. Açıqlamada Şimali Koreya Silahlı Qüvvələrinin müşahidə imkanlarını təmin etmək üçün yaxın vaxtlarda birdən çox casus peykinin orbitə göndəriləcəyi bildirilib.Cənubi Koreya və Yaponiya Şimali Koreyanın orbitə peyk buraxdığını bəyan edib. Lakin bu ölkələr peykin orbitə yerləşib-yerləşmədiyi barədə məlumatlı olmadıqlarını bildiriblər.

Bahadur Seyidov