Şəhidin cənazəsi evi ilə üzbəüz basdırıldı!



 22:36 22.11.2023     762

Türkiyədə Pençe Kilit bölgəsində şəhid olan piyada leytenantı Abdullah Kösenin cənazəsi evi ilə üzbəüz torpağa tapşırılıb.

Demedia.az xəbər verir ki, İraqın şimalında "Pəncəyə kilidləmə" əməliyyatı bölgəsində PKK terrorçuları ilə qarşıdurmada şəhid olan piyada leytenantı Abdullah Kösenin (32) atası Necati Köse oğlunun cəsədini evlərinin qarşısındakı qəbiristanlıqda basdırdıqlarını bildirib.

Şəhid Köse dünən Şırnakdakı 23-cü Piyada Diviziya Komandanlığında təşkil edilən mərasimdən sonra məmləkəti Ankarada mərasimlə dəfn edilib. Şəhidin cənazəsi Keçiören mahalının Karşıyaka rayonunda ata evinin düz qarşısındakı Bağlum qəbiristanlığında torpağa tapşırılıb. Ailəli və bir uşaq atası olan şəhid Kösenin evdən 70 metr aralıdakı məzarı üzərinə tünd qırmızı beret qoyulub.

Şəhidin atası təqaüdçü müəllim Necati Köse (70) oğlu ilə sonuncu dəfə təxminən 2 ay əvvəl üz-üzə görüşdüklərini və "Daim telefonla danışırdıq. Şimali İraqın içərilərində işləyirdi" deyib.

Aysun / Demedia.az